İsrailin Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

- İki günlük fasilənin səbəbi nə idi?
01 Noyabr 2019 - 13:30

İsrailin Azərbaycandakı səfirliyi iki gün davam edən etiraz aksiyasından sonra fəaliyyətini bərpa edib.

Diplomatik missiyadan Azərtac-a bildirilib ki, İsrailin Bakıdakı səfirliyi, o cümlədən dünyanın digər ölkələrindəki diplomatik nümayəndəlikləri fəaliyyətini əvvəlki qaydada davam etdirir. İsrail Xarici İşlər Nazirliyinin əməkdaşları ilə ölkənin Maliyyə Nazirliyi arasında danışıqlar davam edir.

Xatırladaq ki, İsrailin bütün dünyada fəaliyyət göstərən diplomatik missiyalarının oktyabrın 30-31-də işləməməsinə səbəb İsrail Maliyyə Nazirliyinin 2019-cu il iyulun 21-də qurumun baş direktoru tərəfindən imzalanmış razılaşmaları pozması və son onilliklər ərzində qüvvədə olan protokolu dəyişdirən birtərəfli prosedur tətbiq etməsi ilə əlaqədar olub. İki gün ərzində diplomatik missiyalar işləməyib, heç bir konsulluq xidmətləri göstərilməyib.