“İstəmirəm ki, uşaqlarımız silah götürüb ölkəni müdafiə etməyə getsinlər”- LUKAŞENKO

“Ölkəni əlimizdə silahla müdafiə etməmək üçün dişimizi sıxıb çalışmalıyıq”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Məsələ bu gün belə kəskindir. Siz Qomel vilayətində (Ukrayna ilə sərhəddə) bunu hiss etdiniz. Mən istəmirəm ki, uşaqlarımız silah götürüb ölkəni müdafiə etməyə getsinlər. Mən qətiyyən istəmirəm. Sizlərdən kimsə istəsə, ayağa qalxıb desin. Ona görə yaxşı olar ki, dişimizi sıxıb işləyək və nəticə çıxaraq”, – Lukaşenko bildirib.

O qeyd edib ki, indiki hakimiyyət 30 il ərzində əmək verib ki, heç olmasa uşaqlar azad, müstəqil yaşasınlar.

Lukaşenko indiki hakimiyyətin dövründə normal yaşayış şəraitinin yaradıldığını, kənd zəhmətkeşlərinin övladlarının ali təhsil almaq imkanlarının olduğunu qeyd edərək, özünün də ən ağır illərdə böyüdüyünü xatırladıb:

“O vaxt insanlar da, böyüklər də arzulayırdılar ki, oğulları, övladları layiqli təhsil alsınlar, nazir, polkovnik, general, professor, akademik və s. övladları ilə bərabər şəraitdə olsunlar. Biz bunu insanlara vermədikmi? Verdik, hətta daha artığını verdik”.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Sonrakı məqalə

Azərbaycanın çəkdiyi “Atabəylər” bədii filminin tizeri yayımlandı –