“İstənilən Britaniya məmuru Rusiya üçün qanuni hədəfə çevrilə bilər”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev bunu Londonun Moskva ilə de-fakto müharibə vəziyyətində olması ilə izah edib.
“Bu gün Böyük Britaniya Ukraynanın müttəfiqi kimi çıxış edir, ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir. Yəni faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Belə olan halda onun hər hansı məmuru (müharibəyə töhfə verən həm hərbi, həm də mülki şəxslər) legitim hərbi hədəf sayıla bilər”, – Medvedev deyib.
Azpost.info