İstanbul teraktının baş verdiyi ərazidə ictimai tədbirlərə qadağa qoyulub

İstanbul şəhərinin rəhbərliyi noyabrın 13-də terror aktının baş verdiyi İstiqlal küçəsində ictimai, mədəni, ticari və digər tədbirlərin, yürüşlərin keçirilməsini, eləcə də küçə musiqiçilərinin çıxışını qadağan edib.

Azpost.info xəbər verir ki, bu qərar ərazidə təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

“İstiqlal küçəsində təhlükəsizliyin, əmin-amanlığın və ictimai asayişin təmin edilməsinə yönəlmiş tədbirlər çərçivəsində İstanbul valisi Əli Yerlikaya sərəncam imzalayıb”, – məlumatda deyilir.

Qeyd edək ki, İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Azpost.info

Əvvəlki məqalə

Kukla Teatrında yoxlamanın müddəti uzadılıb

Sonrakı məqalə

“Heç vaxt Azərbaycanın ünvanına nifrət dolu bu qədər bəyanat verilməyib” –