Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbuldakı Bahçelievler seçki bürosuna silahlı hücum olub.
Bu barədə NTV məlumat yayıb.
İstanbul iş başqanı Osman Nuri Kapaktepe bildirilib ki, İstanbulda yerli vaxtla 22:15 radələrində baş verən hadisədə ölən və ya yaralanan olmayıb.
Motosikletdə olan iki nəfərdən birinin seçki əlaqə bürosunun qarşısından keçərkən havaya 5 atəş açıb. 4 güllə isə binanın yuxarı mərtəbələrinə dəyib.
Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.