İstilik qiymətlərində bahalaşma gözlənilir? –RƏSMİ

İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Bunu Trend-ə “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.

Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.

Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən hava dəyişəcək: leysan, qar yağacaq

Sonrakı məqalə

Dövlət əmlakını talayan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib