Britaniya və İsveç qarşılıqlı təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
Azpost.info xəbər verir ki, bu barədə Britaniya baş naziri Boris Consonun mətbuat xidməti məlumat yayıb.
“Bu səhər Boris Conson İsveçin baş naziri Magdalena Andersson ilə qarşılıqlı təhlükəsizlik zəmanətləri haqqında saziş imzaladı”, – məlumatda bildirilir.
Oxşar saziş Finlandiya prezidenti Sauli Niiniste ilə də imzalanacaq.
Conson bildirib ki, London böhran və ya hücum zamanı hər iki ölkənin silahlı qüvvələrinə dəstək verəcək. Bu sazişlər Britaniya ilə İsveç və Finlandiya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqda əsaslı dəyişiklikləri nəzərdə tutur. Bunlara kəşfiyyat məlumatlarının mübadiləsinin gücləndirilməsi, şəxsi heyətin və texnikanın ötürülməsində əməkdaşlıq, müntəzəm birgə hərbi təlimlərin keçirilməsi daxildir.
Azpost.info