“İsveç Ankaranın tələbini yerinə yetirdikdə NATO-ya üzv olacaq”- KALIN

“İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqlənməsi üçün ölkə hakimiyyəti terrorla mübarizə aparmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, İsveç Ankaranı tələbini yerinə yetirdikdən sonra Alyans sıralarına daxil ola bilər.

“İsveçin NATO-ya üzvlüyü məsələsində biz obyektiv meyarlara əməl edirik. Əsas tələbimiz terrorla mübarizədir. İsveç bunu yerinə yetirdikdə NATO-ya üzv olacaq”, – Kalın deyib.

O əlavə edib ki, digər NATO üzvləri də Türkiyənin ritorikasını dəstəkləməlidir, çünki Alyansın birinci vəzifəsi təşkilat üzvlərinin təhlükəsizliyini təmin etməkdir.

Azpost.info

Əvvəlki məqalə

Ağstafanı niyə hər il eyni şirkət “abadlaşdırır?”

Sonrakı məqalə

“Semaşko” “Nar”ı məhkəməyə verib