İsveç NATO-ya üzv olmaq üçün proseduru sürətləndirir

İsveç hökuməti NATO-ya daxil olmaq üçün qərar qəbuletmə prosesini sürətləndirməyə qərar verib.

Bu barədə İsveç hökumətinin üzvləri Stokholmda keçirilən xüsusi tədbirdə elan ediblər. Bildirilib ki, İsveçin təhlükəsizlik siyasətinin təhlili ilə bağlı hesabat gözlənildiyi kimi mayın 31-də deyil, 13-də təqdim olunacaq.

“Biz hesabatı mayın 13-dək təqdim etmək qərarına gəldik”, – deyə xarici işlər naziri Ann Linde bildirib. Onun sözlərinə görə, qonşu Finlandiyanın da bu sahədə növbəti addımı NATO-ya daxil olmaq məsələsində İsveç üçün də önəmlidir. “Əgər Finlandiya üzvlük üçün müraciət etmək qərarına gəlsə, şübhəsiz ki, bu, bizim də təhlil hesabatımız üçün böyük əhəmiyyət kəsb edəcək. Dünənki parlament müzakirələrindən sonra biz buna çox inanırıq”, – deyə xarici işlər naziri bildirib.

Qeyd edək ki, İsveç hesabatın nəticələrinin açıqlanmasından sonra NATO-ya daxil olmaq barədə qərar qəbul etmək niyyətindədir.

Azpost.info

Əvvəlki məqalə

Yaponiya Kuril adasını yenidən işğal olunmuş yer kimi göstərdi

Sonrakı məqalə

Xanəndə Oqtay Hacıyev vəfat edib