Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Stokholmda “Quran”ın yandırılması ilə əlaqədar İsveç səfirini çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Səudiyyə XİN mətbuat xidmətindən məlumat verilib.
Nazirlik İsveç səfirini “Quran”ın yandırılması aktını qəti şəkildə rədd etdiyi barədə məlumatlandırıb və Stokholmu məlum hərəkətləri dayandırmağa çağırıb.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf isə bildirib ki, ölkə hakimiyyəti İsveç hökumətindən Stokholmda “Quran”ı açıq şəkildə yandırmaq aktı törədən iraqlı mühaciri ekstradisiya etməyi tələb edir.
Azpost.info