“İsveç və Finlandiya terrorla mübarizə qanunvericiliyini sərtləşdirməlidir”- NATO Baş katibi

“İsveç və Finlandiya terrorla mübarizə qanunvericiliyini sərtləşdirməlidir”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib hesab edir ki, hər iki ölkə PKK kimi terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün digər NATO ölkələri, o cümlədən Türkiyə ilə əməkdaşlığı artırmalıdır.

Stoltenberq bildirib ki, bu, Türkiyə üçün daha vacibdir: “Çünki Türkiyə digərlərindən daha çox terror hücumlarına məruz qalan NATO üzvüdür və buna görə də bundan narahatdır”.

O əlavə edib ki, reaksiya proporsional olmalıdır, lakin Türkiyənin terror aktlarına qarşı özünü müdafiə etmək hüququ var.

Azpost.info

Əvvəlki məqalə

Bakıda sinif yoldaşını döyən şagird Yevlaxdakı məktəbə keçirilib

Sonrakı məqalə

Dekabrda daha bir qrup ailə Ağalıya köçürüləcək