İsveç XİN beş diplomatının Rusiyadan qovulmasına münasibət bildirdi

İsveçin xarici işlər naziri Tobias Billström krallığın beş diplomatının Moskvadakı səfirlikdən qovulmasından təəssüflənir.

Azpost.info xəbər verir ki, onun fikrincə, məlum qərar Rusiyanın mənfi siyasi inkişafının və ölkənin beynəlxalq təcridinin təsdiqidir.

“Rusiyanın addımı təəssüf doğurur. Rusiya Vyana Konvensiyası çərçivəsində hərəkət edən və normal diplomatik fəaliyyət göstərən isveçli diplomatları ölkədən çıxarmaq qərarına gəlib. Biz Rusiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu ilə bağlı qərarından da dərin təəssüflənirik. Konsulluq Rusiya və İsveç xalqları arasında ikitərəfli əməkdaşlığın hərəkətverici qüvvəsidir”, – XİN rəhbəri bildirib.

Qeyd edək ki, Rusiya beş İsveç diplomatını ölkədən qovub. Bu gün ölkənin Moskvadakı səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə İsveç diplomatlarının “persona non-qrata” elan edildiyi barədə məlumat verilib.

Rusiya həmçinin 2023-cü il sentyabrın 1-dən İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə xitam verəcəyini açıqlayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir

Sonrakı məqalə

“Seçkilər Türkiyədə diktatura iddialarını təkzib etdi” –