İsveç polisi Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verib.
APA xəbər verir ki, bu barədə məlumatı TV4 kanalı yayıb.
Aksiya iyulun 20-nə planlaşdırılıb və Stokholmdakı İraq səfirliyi yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandıran şəxslərdir.
Stokholmda hakimiyyətinin razılığı ilə həyata keçirilən Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə soxulublar.
“Reuters“in verddiyi məlumata görə, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.