İsveç Türkiyəni terrorla mübarizədə tam dəstəkləyir və PKK-nı terror təşkilatı olaraq qəbul edir.
Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. (APA)