İsveçin Baş naziri ölkəsinin PKK-nı terror təşkilatı kimi tanıdığını deyib

İsveç Türkiyəni terrorla mübarizədə tam dəstəkləyir və PKK-nı terror təşkilatı olaraq qəbul edir.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. (APA)

Əvvəlki məqalə

Zakir Həsənov Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib

Sonrakı məqalə

Zəfər Günü ilə bağlı bayram konserti keçirilib-