“25 noyabr 2022-ci il tarixindən etibarən Rusiyanın təqiribən 8 milyard dollar dəyərində aktivləri İsveçrə hökuməti tərəfindən dondurulub”.
Azpost.info xəbər verir ki, bu barədə İsveçrə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, bu məbləğə sanksiya tətbiq edilən hüquqi və fiziki şəxslərin dondurulmuş 15 daşınmaz əmlak obyektinin dəyəri daxil deyil.
“Dondurulmuş məbləğlər məsələn, yeni sanksiyalar olduqda və ya yeni aktivlər müəyyən edildikdə arta bilər”, – məlumatda bildirilir.
Nazirlik Rusiyanın hüquqi və fiziki şəxsləri tərəfindən bəyan edilmiş əmanətlərin məbləği haqqında da məlumat verib: “123-dən çox şəxs və təşkilat bu barədə İsveçrə hökumətinə məlumat verib. Onların ümumi əmanətləri təxminən 48,8 milyard dollardır”.
Azpost.info