İsveçrə Rusiyanın özəl hərbi şirkəti “Vaqner”ə sanksiya tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat, təhsil və tədqiqatlar departamenti məlumat yayıb
“Vaqner” qrupunun sahibi Yevgeni Priqojinə məxsus Rusiyanın “RİA FAN” xəbər agentliyi də sanksiyalara məruz qalıb.
Xatırladaq ki, aprelin 13-də Avropa İttifaqı da “Vaqner”i və Rusiyanın FAN xəbər agentliyini sanksiyalar siyahısına əlavə etmişdi.
Azpost.info