İsveçrə bankları rusların hesablarına nəzarəti gücləndirir- Hesablarda 200 milyardlıq aktiv var

İsveçrə bankları rusiyalı müştərilərə Rusiya büdcəsinə vergi ödəyəcəkləri təqdirdə hesablarını bağlayacaqları barədə xəbərdarlıq etməyə başlayıblar.

Azpost.info xəbər verir ki, Rusiya mətbuatı bu barədə rusiyalı müştərilərlə işləyən iki isveçrəli hüquqşünasa və ölkənin bank sektorundakı mənbəyə istinadən yazıb.

İsveçrənin hüquq bürolarından birinin idarəedici partnyoru Roman Kudinovun sözlərinə görə, təxminən bir ay əvvəl onlara UBS və “Credit Suisse”nin təxminən on müştərisi müraciət edib. Bank işçiləri  xəbərdarlıq ediblər ki, əgər Rusiyada yerləşən şirkətlərin sahibi olmaqdan və orada vergi ödəməkdən əl çəkməsələr, bank onların hesablarını bağlamalı olacaq.

Kudinov bildirib ki, banklar bu qərarını belə müştərilərin Ukraynada vəziyyəti gərginləşdirən dövlətə vergi ödəməsi ilə izah edirlər.

Digər isveçrəli vəkil bildirib ki, onun müştəriləri Rusiya büdcəsinə vergilərin ödənilməsi səbəbindən artıq hesabların bloklanması ilə üzləşiblər. İsveçrə bank sektorundakı mənbə bildirib ki, UBS müştərilərinə belə bir xəbərdarlıq məktubu göndərə bilər.

İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi İsveçrədə Rusiyanın 7,5 milyard İsveçrə frankı (təxminən 7,95 milyard dollar) aktivlərinin dondurulduğunu bildirmişdi. “Credit Suisse” isəRusiyanın ümumi dəyəri 17,6 milyard frank olan aktivlərini bloklayıb.

Çirkli Pulların Yuyulması üzrə Sertifikatlaşdırılmış Mütəxəssislər Assosiasiyasının sanksiya məsələləri üzrə eksperti Corc Voloşinin sözlərinə görə, ümumilikdə İsveçrədə 150-200 milyard frank dəyərində Rusiya aktivləri var.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası təklif olunur

Sonrakı məqalə

Azərbaycan hərbçisinə işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb