İsveçrədə “gələcəyin maskası” hazırlanır

İsveçrə hökuməti yüksək texnologiyalar əsasında hazırlanan “ReMask” layihəsi üçün iki milyon frank (2,1 milyon dollar) vəsait ayırıb.

Trend-in məlumatına görə, 40-a yaxın şirkət, elmi araşdırma mərkəzi, universitet və laboratoriyanın daxil olduğu layihə çərçivəsində təkrar istifadəyə yararlı, bayır hissəsi antiviral təbəqədən təşkil olunan, həm tibbi, həm də kütləvi istifadəsi mümkün olan materiallar üzərində tədqiqatlar aparılır.

Əsas hədəf isə bakteriya və virusları içəri buraxmayan, eyni zamanda isə ağızdan və burundan havanın rahat şəkildə çıxmasına şərait yaradan materialı müəyyən etməkdir. Bu cür maskalara “gələcəyin maska”sı adı verilib.

Artıq bu maskanın ilk prototipi təqdim olunub. Antiviral və antibakterial üst təbəqədən ibarət maskalar su və yağları daxilə buraxmır. Hazırda həmin maskaların bir neçə istiqamət üzrə variantları hazırlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

10 və 11 iyun tarixlərində keçirilən imtahanların nəticələri elan olunub

Sonrakı məqalə

Ukraynada nazir və prezidentin müşaviri koronavirusa yoluxdu