İtaliya 30 rusiyalı diplomatı ölkədən çıxarıb

İtaliya 30 rusiyalı diplomatı ölkədən çıxarıb.

Azpost.info xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, bu gün Rusiya səfiri Sergey Razov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq qərar barədə məlumat verilib.

“Corriere della Sera” qəzeti yazıb ki, İtaliya hökumətinin diplomatların ölkədən çıxarılması ilə bağlı mövqeyi Fransa və Almaniya hökumətləri ilə əlaqələndirilib.

İtaliyanın baş naziri Mario Draqi bu qərarı təhlükəsizlik məsələlərinə cavabdeh olan dövlət katibi Franko Qabrielli ilə də müzakirə edib.

Azpost.info

Əvvəlki məqalə

“Forbes” Rusiyanın ən varlı adamının adını açıqladı

Sonrakı məqalə

“Böyük güclər arasında münaqişə ehtimalı artır” –