İtaliya sahillərində 440 milyon dollarlıq kokain ələ keçirilib- FOTO

Siciliya yaxınlığında İtaliya maliyyə polisinin patrul təyyarəsi tərəfindən təxminən iki ton kokain aşkar edilib.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kokain bir-birinə bağlanmış suya davamlı torbalarda qablaşdırılıb. Onların ümumi dəyəri təxminən 440 milyon dollardır.

Maliyyə polisi bildirib ki, torbalar dənizə atılıb ki, oradan keçən ticarət gəmiləri onu sahilə çıxarıb satıcılara çatdırsın.

Azpost.info

Əvvəlki məqalə

Büdcə xərclərimiz 36 milyard manata çatacaq –

Sonrakı məqalə

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Eli Kohenlə görüşüb