İtaliyada 70 nəfər mafiya üzvünə hökm oxunub

İtaliyada “Ndrangheta” beynəlxalq mafiya qruplaşması ilə əlaqədə şübhəli bilinən 70 nəfər azadlıqdan məhrum edilib.

Ölkənin cənubundakı Kalabriya bölgəsində keçirilən məhkəmədə 91 nəfər hakim qarşısına çıxarılıb. Müttəhimlərdən 70-i 10 aydan 20 ilədək azadlıqdan məhrum edilib, 21 nəfərə isə bəraət verilib.

Katanzaro prokuroru Nikola Qratteri istintaqın 1980-ci illərdə Siciliyadakı “Cosa Nostra” qruplaşması ilə bağlı aparılan məhkəmədən sonra ən böyük mafiya işi olduğunu deyib.

Qeyd edək ki, “Ndrangheta” qruplaşması ilə əlaqəsi olduğu iddia edilən yüzlərlə insanın mühakiməsi ilin əvvəlində başlayıb. “Rinascita-Scott” adlanan məhkəmə işində 355 nəfərin məhkəmə prosesi hazırda davam edir. Bunun üçün Kalabriya bölgəsindəki Lamezia Terme şəhərində 1000 nəfərlik xüsusi məhkəmə zalı yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə bəyanat yayıb

Sonrakı məqalə

Mehriban Əliyeva Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib