İtaliyada anti-COVID nümayişində polislə qarşıdurma olub

07 Noyabr 2021 - 01:37

Şənbə günü axşam saatlarında İtaliyanın şimalında Triest və Milan şəhərində COVID sertifikatları əleyhinə keçirilən nümayişdə hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında toqquşma baş verib.

APA “Tgcom24” telekanalına istinadən xəbər verir ki, bir neçə yüz etirazçı Triestin əsas meydanına – İtaliya Birliyi Meydanına daxil olmağa cəhd göstərib.

Şəhər hakimiyyətinin qərarına əsasən, nümayişçilərə giriş qadağan edilib.

Hüquq-mühafizə orqanları dəyənəklərdən istifadə edərək, iğtişaşçıları meydandan uzaqlaşdırıblar.

Jurnalistlərin ifadəsinə görə, nümayişçilər polisə və karabinerilərə şüşə butulkalardan istifadə ediblər.

Toqquşmalar başa çatsa da, etirazçılar şəhərin mərkəzini tərk etməyiblər. Etirazçılardan müəyyən issəsi oturaq aksiya keçiriblər.

Nümayişçilərdən bir neçə nəfər saxlanılıb.