İtaliyada indiyədək koronavirusa 17 milyon yoluxma qeydə alınıb

Bu vaxtadək İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 17 milyonu ötüb.

İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ölkədə koronavirusa yoluxanların sayı 36 min 42 nəfər artaraq ümumilikdə 17 milyon 30 min 147 olub. COVID-19-un qurbanlarının sayı isə 165 min 182-yə çatıb.

Hazırda ölkədə 1 milyon 788 aktiv koronavirus xəstəsi var ki, onlardan 340-ı reanimasiya şöbəsindədir.

Pandemiya dövründə İtaliyada 15 milyon 864 min 177 nəfər virusdan sağalıb.

Əvvəlki məqalə

Finlandiyanın hakim partiyası ölkənin NATO-ya üzvlüyünə razılıq verib

Sonrakı məqalə

“Avroviziya” müsabiqəsinin qalibi Ukrayna oldu