İtaliyalı futbolçuda koronavirus aşkarlandı

İtaliyanın C Seriyasında çıxış edən klublardan birinin futbolçusunda koronavirus aşkarlanıb.

“Report” “La Nazione” nəşrinə istinadən xəbər verir ki, Siena əyalətində yaşayan futbolçunun adı və hansı komandada oynaması hələlik açıqlanmayıb.

Oyunçunun ötən həftə qızdırma səbəbindən komandasının oyununu buraxdığı iddia olunur. Koronavirus testindən keçirilən futbolçuda nəticələr müsbət çıxıb. Bu barədə dərhal onun klubuna məlumat göndərilib. Futbolçu özü isə təcili tibbi yardımla Sienadakı yoluxucu xəstəliklər şöbəsinə aparılıb.

Qeyd edək ki, İtaliyada yeni növ koronavirusa yoluxanların sayı artaraq 474 nəfərə çatıb. Ən çox yoluxma halı (305 nəfər) ötən həftənin sonunda koronavirusun yayılmasının yerli mərkəzinə çevrilən Lombardiya bölgəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İMF və WB illik toplantısını təxirə sala bilər

Sonrakı məqalə

18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər