İtaliya ərazisinə indiyədək 110 mindən çox ukraynalı qaçqın daxil olub.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə ümumilikdə 110 min 133 Ukrayna vətəndaşı gəlib. Onlardan 57 min 266-sı qadın, 14 min 779-u kişi və 38 min 88-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşlarının 104 min 867-si birbaşa sərhəddən, 5266-sı isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib.
Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.