Çinin Moskvadakı səfirliyi Rusiya hakimiyyətinin ölkəyə girişinə icazə verilməyən Çin vətəndaşlarına qarşı kobud rəftarından narazılıq edib.
Azpost.info xəbər verir ki, səfirlik bildirib ki, onun 5 vətəndaşı iyulun 29-da Rusiya və Qazaxıstan sərhədini keçmək istəyərkən keçid məntəqəsində dörd saat yenidən dindirilib.
“Bloomberg”ə görə, onların ölkəyə girişinə icazə verilməyib və turist vizaları ləğv edilib.
Səfirlik bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının bu hadisədə kobud və həddi aşan hərəkətləri Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını ciddi şəkildə pozub.
Səfirlik Rusiya Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Federal Sərhəd Xidmətinə müraciət etdiyini bildirib.
“Bu, Çin və Rusiya arasındakı dostluğun ümumi kontekstinə və iki ölkə arasında dostluq beynəlxalq mübadiləsinin artan tendensiyasına ziddir”, – diplomatlar bildiriblər.
Səfirliyin bəyanatında yer alan ifadələri Çin diplomatları adətən Qərb ölkələrinə etiraz olaraq işlədirlər. Bəyanatda Rusiyadan insidentin səbəbini izah etmək, mənfi təsirləri aradan qaldırmaq üçün aktiv tədbirlər görmək və gələcəkdə oxşar hadisələrin təkrarlanmamasını təmin etmək tələb olunur.
Azpost.info