İzmirdə Türkiyə Cümhuriyyətinin 100-cü ili, Azərbaycanın müstəqilliyinin 105-ci ili münasibəti ilə tədbir keçirilib- FOTO

İzmirdə Türkiyə Cümhuriyyətinin 100-cü ili, Azərbaycanın müstəqilliyinin 105-ci ili münasibəti ilə tədbir keçirilib.

APA-nın İzmirə ezam olunan müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə həmTürkiyədə, həm də Azərbaycanda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra iki qardaş ölkənin dövlət himni səsləndirilib.

Tədbirdə iki ölkə arasında qardaşlıq münasibətlərin bəhs edilib, milli musiqilər səsləndirilib.

Çıxış edən Azərbaycan-Türkiyə Dost Birliyinin sədri İhsan Bağçı çıxış edərək iki ölkə arasında münasibətlərin dərinliyinə toxunub.

AK Partinin İzmir şəhər təşkilatının sədr müavini Heyrəddin Uçak çıxış edərək Azərbaycan nümayəndə heyətini İzmirdə gördüklərinə sevindiklərini qeyd edib:

“Doğma qardaşlarımızı burada qonaq etmək bizim üçün şərəfdir. Can Azərbaycanı həm diplomatik baxımdan və hər iki ölkə liderinin birliyi baxımından tək millət kimi görürük. Cənab İlham Əliyevin dediyi kimi tək yumruğuq”.

Daha sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Məmmədov bildirib ki, cənab İlham Əliyevin salamlarını Türkiyə doğma İzmir şəhərinə gətiriblər:

“28 May günü Azərbaycanın müstəqilliyi günüdür. Həmin gün qardaş Türkiyədə seçki olacaq. Biz inanırıq ki, həmin günü ikili bayram edəcəyik. Əminik ki, Türkiyə xalqı gələcəyi üçün düzgün seçim edərək layiqli namizədə səs verəcəklər”.

Tədbirin sonunda AK partiyanın İzmir millət vəkili Ceyda Bölünməz çıxışında tədbirin təşkilatçılarına təşəkkür edib:

“Azərbaycan sevinci sevincimiz, kədəri kədərimizdir. Qarabağ zəfərini də biz hər birimiz qeyd etdik. Bizim də böyük arzumuz idi ki, Qarabağ Azərbaycana qayıtsın. Çox şükürlər olsun ki, bu oldu. Biz buna çox sevindik. Hazırda Qarabağda yenidənqurma işləri görülür. Biz yenidənqurma işlərində də Azərbaycanın yanındayıq. Yaxşı və pis günlərimizdə Azərbaycanın bizlə birlikdə olub. Bizdə hər zaman elə olacağıq”.

Əvvəlki məqalə

“Türkiyə Azərbaycanla infrastruktur layihələrini inkişaf etdirəcək”

Sonrakı məqalə

Tıvada ağır yol-nəqliyyat hadisəsində 6 nəfər ölüb-