“Jirinovskinin müalicəsi davam edir, xəbər yalandır…”- AÇIQLAMA

“Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin müalicəsi həkimlərin planı üzrə gedir. Bununla bağlı anonim mənbələrdən yayılan bütün xəbərlər yalandır”.

Azpost.info bildirir ki, bu barədə LDPR-in mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Telegram-kanalda və KİV-lərdə Jirinovskinin səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.

Partiya bu xəbərləri şaiyə və spekulyasiya adlandırıb.

“Jirinovskinin müalicə davam edir. Xəstəlikdən sonra reablitasiya zaman tələb edir. Müalicənin detalları həkim sirri sayılır və onun açıqlanması cinayət məsuliyyəti yaradır.  Biz rəsmən bəyan edirik ki, bununla bağlı yayılan bütün xəbərlər açıq-aşkar yalandır”-deyə LDPR-in mətbuat katibi Aleksandr Dyupin bildirib.

Əvvəlki məqalə

Müdafiə naziri Pakistana rəsmi səfər gedib

Sonrakı məqalə

“Kiyevlə danışıqlarda irəliləyiş istədiyimiz kimi getmir” –