Kərim Xan Kiyevdə Ukrayna Baş prokuroru ilə görüşüb –FOTO

Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan Kiyevdə Ukrayna Baş prokuroru İrina Venediktova ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüş zamanı K.Xan və İ.Venediktova Ukraynada törədilmiş beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyanların müəyyən edilməsi üçün qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair razılığa gəliblər.

“Prokuror Kərim Xan Beynəlxalq Cinayət Məhkəməsinin müstəqil təhqiqatlarının aparılmasında Ukrayna hakimiyyətinin fəal əməkdaşlığını alqışlayır”, – məlumatda qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

Vahid Ələkbərov, Lavrovun həyat yoldaşı, “Qazprombank”… –

Sonrakı məqalə

Kreml Medvedçukun ukraynalı əsirlərlə dəyişmək təklifinə münasibət bildirib