Ramzan Kadırov kürəkənini kənd təsərrüfatı naziri təyin etdi- FOTO

Çeçenistan lideri Ramzan Kadırov kürəkəni Visxan Matsuevi kənd təsərrüfatı naziri təyin edib.

Azpost.info xəbər verir ki, Kadırov təyinatını Teleqram kanalında elan edib.

Bundan əvvəl həmin postu Kadırovun qardaşı oğlu İbrahim Zakriyev tuturdu. Zakriyev bir müddət əvvəl “Danone Rusiya”ya baş direktor təyin edilib.

Visxan Matsuev Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırovanın əridir. O, yeni vəzifəyə təyin olunana qədər Əmlak və Torpaq Münasibətləri naziri olub. Daha əvvəl isə Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə miqrasiya idarəsinin rəisi postunu tutub. Atası Zelimxan Matsuev Ramzan Kadırovun dostu və mühafizəçisi olub.

Azpost.info

Əvvəlki məqalə

Füzuli rayonunda silah-sursat aşkar edilib

Sonrakı məqalə

Rusiyada müharibə əleyhinə çağırış edən rahibə 5 il həbs cəzası verildi