Çeçenistan lideri Ramzan Kadırov Moskvada müsəlmanların razılaşdırılmamış aksiyalarına qarşı çıxış edərək bildirib ki, bu cür davranışları yaxşı məqsədlə həyata keçirilsə belə, dəstəkləmir.
Azpost.info xəbər verir ki, o, ibadət evlərində OMON-un basqınlarına qarşı etirazlara münasibət bildirərək, aksiyaları yerli hakimiyyət orqanları ilə əlaqələndirməyi tövsiyə edib.
“Həmişə iğtişaşlar törətmək üçün hər şeyi edəcək pullu təhrikçilər olacaq. Həqiqətən dəbelələri orada olubsa, təəccüblənmərəm. Bu, həm də Qərbin pul ödədiyi xarici agentlər tərəfindən mövzunu süni şəkildə şişirtmək üçün bəhanəyə çevrilir”, – Kadırov deyib.
Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov da bildirib ki, bu cür hərəkətlər düşmənlə mübarizə şəraitində xüsusilə təhlükəlidir. Deputat qeyd edib ki, Çeçenistan rəhbərliyi yaranan problemləri hüquqi üsullarla həll etmək üçün Moskva vilayətinin qubernatoru və hüquq-mühafizə orqanları ilə daim əlaqə saxlayır.
Bir gün əvvəl Moskvada onlarla müsəlman Bolşaya Tatarskaya küçəsindəki Moskva tarixi məscidindən metronun Tretyakovskaya stansiyasına qədər yürüş ediblər. Etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin Kotelniki və Dzerjinskidəki ibadət evlərindəki hərəkətləri səbəb olub.
İyulun 7-də onlar Kotelnikidəki məkanlara ibadət zamanı soxulublar. Daha sonra polis Dzerjinski şəhərindəki məscidə gedib. Təhlükəsizlik qüvvələrinin namaz vaxtı ayaqqabılarını çıxarmadan binaya daxil olması İslam dininin normalarına zidd hesab olunub və tərəflər arasında münaqişə yaranıb.
Moskvanın müftisi İldar Alyautdinov müsəlmanları dəstəkləyib və çevik polisin hərəkətlərini pisləyib. O, bütün problemlərin və anlaşılmazlıqların küçə aksiyaları ilə deyil, danışıqlar yolu ilə həll olunacağına ümid etdiyini bildirib.
Azpost.info