Kanada İranın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyaları genişləndirib.
Azpost.info xəbər verir ki, siyahıya Rusiya hərbi təyyarələrinin göyərtəsində PUA-ların çatdırılmasını koordinasiya edən İranın “Safiran Airport Services” yük aviaşirkəti, “Şahed” dronlarının inkişafına kömək edən, SEPAH-ın Kooperativ Fondunun törəmə şirkəti olan “Baharestan Kiş” şirkəti də daxil edilib.
Ümumilikdə dörd fiziki və beş hüquqi şəxs insan hüquqlarının, sülh və təhlükəsizliyin pozulmasına görə Kanadanın yeni sanksiyalarına məruz qalıb.
Azpost.info