Kanada Ukraynaya 32 milyon dollar yardım ayırdı

Kanada hökuməti Ukraynaya əlavə 32 milyon dollar yardım ayırıb.

Azpost.info xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında bildirilib.

Ümumi məbləğin 7,5 milyon dollarının minalardan təmizləməyə, 12 milyon dollardan çoxunun bioloji, radiasiya və nüvə təhlükələri ilə mübarizə üçün vəsaitlərə, 13 milyon dollardan çoxunun isə insan hüquqlarının pozulması və cinayətlərin araşdırılmasına yönəldiləcəyi bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“Təhminə” illər sonra Azərbaycanda filmə çəkildi

Sonrakı məqalə

Ərdoğan Zelenski ilə telefonla danışdı