Kapitolidə etiraz aksiyasının iştirakçısı olan bir qadın öldürüldü

07 Yanvar 2021 - 03:15

Kapitoli qarşısında keçirilən etiraz aksiyasında yaralanan qadın vəfat edib.

Azpost.info bildirir ki, bu barədə NBC kanalı məlumat verib. “Qadın ölüb. Hüquq-mühafizə orqanlarının bir neçə nümayəndəsi belə deyib”-deyə telekanal bildirib.

Bundan əvvəl məlumat verilmişdi ki, qadın sinəsindən yaralanıb. MSNBC kanalı həmin qadının xərəkdə binadan çıxarılaraq təcili yardım maşınına qoyulmasını göstərmişdi. Videodan görünürdü ki, qadının boyunu qan içindədir.

Həmçinin atəş səslərini əks etdirən kadrlar da yayımlanıb.

Etirazçıların Kapitolidən dağıdılması üçün tüstü şaşkalarından istifadə olunub.