Yoxsul ailələrdən olan uşaq və yeniyetmələr piylənməyə daha çox meyllidirlər. Bu, şəkər istehlakının artması və qida rasionunda meyvə və tərəvəzlərin nisbətinin aşağı olması ilə əlaqədardır.
Azpost.info bildirir ki, bu barədə Qlazqo Universitetinin alimləri apardıqları elmi araşdırmada müəyyən ediblər.
“Məktəb yaşlı uşaqlarda sağlamlıq davranışı” (HBSC) tədqiqatının nəticələri eyni adlı internet saytında təqdim olunub.
Alimlər Avropa və Mərkəzi Asiyanın 44 ölkəsində 11, 13 və 15 yaşlı 280 minə yaxın oğlan və qızın sağlamlığını, qidalanma vərdişlərini və sosial həyatını təhlil ediblər. Məlum olub ki, hər beş yeniyetmədən ikisi azı (bütün iştirakçıların 38%-dən azı) hər gün meyvə və ya tərəvəz yeyirlər. Eyni zamanda istehlak nisbətləri yaşla azalıb. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, sorğuda iştirak edən yeniyetmə və uşaqların yarısından çoxu gündəlik olaraq heç bir meyvə və ya tərəvəz yeyə bilməyiblər.
Araşdırmada həmçinin şirniyyat və şirin içkilərin istehlakının yüksək olduğu aşkar edilib. Uşaqların dörddə biri (25%) hər gün şokolad və digər şirniyyatlardan qəlyanaltı kimi yediyini bildirib. Qızlar daha tez-tez şirniyyat yeməyə meyllidirlər və oğlanlara nisbətən bütün yaş qruplarında istehlakın artdığını göstərirdilər.
Tədqiqat həmçinin sosial-iqtisadi vəziyyətlə qeyri-sağlam qidalanma vərdişləri arasında əlaqə tapıb. Aztəminatlı ailələrdən olan uşaqlar və yeniyetmələr daha çox piylənməyə, şəkərli içkilər içməyə meyilli olublar. Onlar gündəlik bitki mənşəli qidalardan imtina ediblər.
Azpost.info