Sabiq Baş naziri İmran Xana atəş açan şəxs tutulub –VİDEO

Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.

Həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik məlumat açıqlanmayıb.

İmran Xanın ayağından yüngül yaralandığı bildirilir.

Xatırladaq ki, Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd olub.

“Sky News”un məlumatına görə, silahlı şəxs İmran Xana Vəzirabadda mitinqdə tərəfdarlar qarşısında çıxış edərkən atəş açıb.

Əvvəlki məqalə

Ceyhun Bayramov, Blinken və Mirzoyan görüşəcək

Sonrakı məqalə

Avropa İttifaqının səfirləri Naxçıvana gedib