“Kılıçdaroğlu sanksiyalara qoşulacağını deyir, bunun bizə nə faydası var?”- ÇAVUŞOĞLU

“Müxalifətin, xüsusən də prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun hərəkətləri səbəbindən Türkiyə turizm sənayesi ciddi itkilər yaşayır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, müxalifətin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək vədləri səbəbindən ölkəyə turist axını xeyli azalıb: “Kılıçdaroğlu Qərbin sanksiyalarına qoşulacağını deyir. Bunun bizə nə faydası var? May ayında rusiyalı turistlər həmişəki kimi Türkiyəyə tətilə gəlməli idilər, lakin onlar Dubaya, Taylanda və Misirə getdilər. Hamısı Kılıçdaroğlunun açıqlamalarına görədir. Turizm sektorundakı itkiləri kim ödəyəcək?”.

Çavuşoğlu qeyd edib ki, bir çox Rusiya vətəndaşı prezident seçkiləri öncəsi Türkiyəyə gəlmək istəmir, çünki onlar tətil zamanı Türkiyə hakimiyyətinin də sansksiyalara qoşulacağından ehtiyat edirlər: “Ruslar Rusiya ilə hava əlaqəsinə məhdudiyyətlər qoyulacağından qorxurlar və düşünürlər ki, Türkiyədən uça bilməyəcəklər”.

Azpost.info

Əvvəlki məqalə

Xəzər dənizindəki balıq ehtiyatları on dəfələrlə azalıb

Sonrakı məqalə

“Bütün sahələrdə Rusiya ilə sıx bağlıyıq”