“Kilsə dövlətdən yüksəkdə dayana bilməz”- Paşinyandan ermənilərin katolikosuna sərt mesaj

“Kilsə dövlətdən yüksəkdə dayana bilməz”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, kilsə ilə dövlətin funksiyalarını qarışdırmaqdan daha təhlükəli heç nə yoxdur.

“Dövlət öz işi ilə məşğul olmalıdır, kilsə öz işi ilə. Baxmayaraq ki, kəsişən çoxlu məsələlər var. Lakin bir məqam da var: əgər kilsə siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, o zaman Ermənistan demokratik ölkədir və onlar siyasi partiya yarada bilərlər. Bu, siyasi rəqiblərə və seçicilərə münasibətdə daha dürüst olacaq”, – Paşinyan bildirib.

Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qaregin kilsə ilə Ermənistan hakimiyyəti arasında əməkdaşlığın lazımi səviyyədə olmadığını bəyan edib.

Kilsə ilə Nikol Paşinyan hökuməti arasında fikir ayrılıqları 2018-ci ildə hakimiyyət dəyişikliyindən dərhal sonra gündəmə gəlib.

Azpost.info

Əvvəlki məqalə

Tokayev gələn həftə Moskvaya səfər edəcək

Sonrakı məqalə

Prezident müddətli hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb