Şimali Koreyanın paytaxtı Pxenyanda aprelin 26-na keçən gecə Xalq Ordusunun yaradılmasının 90 illiyi şərəfinə hərbi parad keçirilib.
Azpost.info xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb. Kim İr Senin adını daşıyan parad üçün 20 minə yaxın əsgər səfərbər edilib. Paradı izləyən Şimali Koreya lideri Kim Çen In bildirib ki, Şimali Koreya hərbi münaqişəyə başlamaq istəyən istənilən qüvvəni məhv edəcək. Onu paradda həyat yoldaşı Li Sol Ju müşayiət edib.
Azpost.info