Kim Çen Inın bacısı Baydeni “gələcəyi olmayan qoca” adlandırdı

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon ABŞ prezidenti Co Baydeni “gələcəyi olmayan qoca” adlandırıb.

Azpost.info xəbər verir ki, Kim bununla ABŞ liderinin KXDR-in Cənubi Koreyaya nüvə zərbəsi endirəcəyi təqdirdə Pxenyanda hakim rejim dəyişikliyinin baş verəcəyi ilə bağlı sözlərinə reaksiya verib.

“Gələcəyi olmayan, ABŞ-ın təhlükəsizliyinə, gələcəyinə cavabdeh ola bilməyən və prezident kimi işinin öhdəsindən gəlməkdə çətinlik çəkən qocanın bu fikirlərini cəfəngiyyat hesab etmək olar”, – Kim Yo Cjon bildirib.

Onun sözlərinə görə, ABŞ və Cənubi Koreya liderlərinin görüşündə səslənən bəyanatlar dünyada təhlükəsizlik vəziyyətini pisləşdirəcək.

Azpost.info

Əvvəlki məqalə

Qidaları dondurmağın əhəmiyyəti və üsulları

Sonrakı məqalə

ABŞ-da Azərbaycan-Ermənistan sülh danışıqlarının növbəti mərhələsi başlanır