“Kimin haqlının yanında olduğunu tarix göstərəcək”- Çin NATO Baş katibinə cavab verdi

“ABŞ və NATO Pekinə təzyiq etmək əvəzinə, Ukrayna məsələsinə görə məsuliyyəti öz üzərinə götürməlidir”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.

“ABŞ, həmçinin NATO kimi hərbi bloklar Ukrayna məsələsinə görə məsuliyyəti öz üzərinə götürməlidir. NATO-nun Çini tənqid etmək və ya ona təzyiq etmək hüququ yoxdur”, – XİN rəsmisi deyib.

Onun sözlərinə görə, kimin ədalətin tərəfində olduğunu tarix göstərəcək.

Mao Nin qeyd edib ki, Çin Ukrayna böhranı ilə bağlı həmişə obyektiv və ədalətli mövqe tutub, həmçinin sülh danışıqlarının tərəfdarıdır.

Qeyd edək ki, dünən NATO Baş katibi Yens Stoltenberq Çinə Rusiyaya hərbi yardım göstərməklə bağlı xəbərdarlıq edib. O, bu addımın tarixi səhv olacağını və Pekin üçün ciddi nəticələr verəcəyini vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Bakıda 20 saylı məktəbdə 10-a yaxın şagird zəhərlənib

Sonrakı məqalə

Putin nüvə silahlarını Belarusa niyə yerləşdirir?