“Kimyəvi hücum təsdiqlənsə, cavabı veriləcək” –Britaniyanın Silahlı Qüvvələr naziri

“Rusiyanın Mariupoldakı kimyəvi hücumuna dair məlumat təsdiqlənərsə, Qərbin bütün mümkün cavabları masanın üstündədir”.

Azpost.info xəbər verir ki, “Sky News” bunu Britaniyanın Silahlı Qüvvələr üzrə dövlət naziri Ceyms Hippiyə istinadən yazıb. “Sərhədləri aşan şeylər var və kimyəvi silahdan istifadə reaksiyaya səbəb olacaq”, – Hippi bildirib.

Qeyd edək ki, Rusiya qoşunlarının Mariupolda pilotsuz təyyarədən mənşəyi məlum olmayan zəhərli maddə atdığı bildirilir. “Azov”un qurucusu Andrey Biletski kimyəvi hücum zamanı 3 qırıcının yaralandığını deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ölkədə toyuq dönərinə heç vaxt qadağa qoyulmayıb” –

Sonrakı məqalə

Mərkəzi Bankın İdarə Heyətinin tərkibi tam dəyişəcək –