Kipr 4 rusiyalı milyarderi vətəndaşlıqdan məhrum edir –SİYAHI

Dörd rusiyalı milyarder və onların qohumları Kipr vətəndaşlığından məhrum ediləcək.

Azpost.info xəbər verir ki, bu barədə “Fileleftheros” qəzeti məlumat yayıb. Sərmayə müqabilində verilən “qızıl pasportlar” rusiyalı iş adamı Oleq Deripaska, “Merkuri” şirkətlər qrupunun prezidenti İqor Kesayev, “Komsomolskaya Pravda” və “RBC” media holdinqinin sahibi Qriqori Berezkin, milyarder Alişer Usmanovun bacısı Gülbahor İsmayılovadan və onlardan asılı olan 11 nəfərdən alınacaq.

Kipr hökumətinin bu qərarına səbəb həmin şəxslərin Avropa İttifaqının sanksiya siyahısına salınmasıdır. Qəzet yazır ki, Deripaska 2017, İsmayılova 2015, Berezkin və Kasaev isə 2012-ci ildə Kipr vətəndaşlığını alıblar. Bir müddət əvvəl Kipr hökuməti Rusiyadan olan daha 4 milyarder və onların 17 ailə üzvünə qarşı vətəndaşlıqdan məhrumetmə proseduruna başlayıb. Bunlar Mixail Qutseriyev, Aleksandr Ponomarenko, Vadim Moşkoviç və Aleksey Kuzmiçevdir. Aprelin əvvəlində “Reuters” agentliyi 2886 rusiyalının “qızıl pasport” əldə etmək üçün Kipr investisiya proqramından istifadə etdiyini bildirmişdi.

Azpost.info

Əvvəlki məqalə

Estoniya Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıdı

Sonrakı məqalə

Latviya Ukraynadakı hərbi cinayətləri soyqırımı kimi tanıdı