Kişinyovla Kiyev arasında dəmir yolu əlaqəsi 24 ildən sonra bərpa olunub

Kişinyovla Kiyev arasında dəmir yolu əlaqəsi 24 ildən sonra bərpa olunub.

Azpost.info xəbər verir ki, bu barədə Moldova Dəmir Yolu Şirkətinin rəhbəri Oleq Tofilat bildirib.

Tofilatın sözlərinə görə, dəmir yolu marşrutunun işə salınması Rumıniyanın Yassı və Buxarest şəhərlərinin hava limanı ilə əlaqəni təmin edəcək.

Qatar həftədə üç dəfə hərəkət edəcək, səyahət müddəti təxminən 13 saat olacaq.

Kiyev-Kişinov marşrutunun açılış mərasimində ABŞ-ın Moldovadakı səfiri Kent Loqsdon, Rumıniyanın səfiri Kristian-Leon Turcanu və hökumət üzvləri iştirak ediblər.

Azpost.info

Əvvəlki məqalə

“Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır” –

Sonrakı məqalə

Putin G20 sammitinə qatılacaq?