Kiyevə raket düşüb- Güclü partlayışlar olub

Kiyevdə güclü partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi işə düşüb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Kiyev meri Vitali Kliçko öz “Teleqram” kanalında partlayışların şəhərin Solomenski rayonunda baş verdiyini bildirib. Onun sözlərinə görə, orada bir neçə avtomobil yanıb, binaya ziyan dəyib.

O əlavə edib ki, raket parçaları Kiyevin Şevçenkovski, Obolonski və Darnitski rayonlarına düşüb. Bundan başqa, Darnitsa bölgəsində və Borispol yaxınlığında hava hücumundan müdafiə sistemləri işə salınıb.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində iştirakını davam etdirir