“Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur”- NATO Baş katibi

“Ukrayna münaqişəsi danışıqlar masası arxasında bitəcək”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur: “Yəqin ki, bu müharibə danışıqlar masası arxasında bitəcək. Lakin bunun baş verməsi döyüş meydanındakı vəziyyətdən asılıdır”.

Baş katibi bildirib ki, NATO Rusiya prezidenti Vladimir Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət görmür: “Rusiyanın münaqişədə qələbəsi faciə olacaq. Bu, NATO üçün də çox təhlükəlidir”.

Azpost.info

Əvvəlki məqalə

TƏBİB Bakıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Sonrakı məqalə

Polis bir gündə 20 kiloqramdan artıq narkotik vasitə aşkarladı