“Kiyev “Azovstal”da qalan hərbçilərə təslim olmağı qadağan edib” –PUTİN

Kiyev Mariupoldakı “Azovstal” zavodunun ərazisində olan ukraynalı hərbçilərin təslim olmasını qadağan edib.

Kremlin mətbuat xidməti xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin müqavimətinin bu səbəbini Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, milli batalyonların döyüşçüləri və silahlarını yerə qoyan əcnəbi muzdlulara beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli rəftar və ixtisaslı tibbi yardım göstərilməsinə zəmanət verilir. Lakin Kiyev rejimi bu fürsətdən istifadə etməyə imkan vermir”, – Kremlin məlumatında qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynanın heç bir ultimatumuna dözməyəcəyik” –

Sonrakı məqalə

G7 rəsmiləri Dünya Bankının iclasını yarımçıq tərk edib –