“Kiyev öz təşəbbüsü ilə faktiki olaraq Moskva ilə sülh danışıqlarından çıxıb”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Danışıqlar davam etmir. Ukrayna faktiki olaraq danışıqlar prosesindən çıxıb. Heç bir formada danışıqlara getmirlər”, – Rudenko bildirib.
XİN rəsmisi qeyd edib ki, Kiyev baxılmaq üçün Ukrayna tərəfinə təqdim edilmiş Rusiya sülh müqaviləsi layihəsinə də cavab verməyib.
Azpost.info