“Kiyev danışıqlara getmək istəmir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə deyib.
Jurnalistin Kremlin Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlara dair bəyanatlarını görüb-görmədiyini və Moskvanın Kiyevin xüsusi hərbi əməliyyatla bağlı mövqeyində dəyişiklik olub-olmadığı ilə bağlı sualına Peskov mənfi cavab verib: “Xeyr, dəyişiklik yoxdur. Kiyev danışıqlar aparmaq istəmir. Xüsusi hərbi əməliyyat davam edir”.
Azpost.info